Haqqımızda
AZƏRBAYCAN BOKS FEDERASİYASI
Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılmış və ölkəmizdə boks idman növünün inkişafına rəhbərlik edən aparıcı qurumdur. 1926-cı ildə keçirilmiş ilk Azərbaycan çempionatı ilə başlayan bu yol bu gün dünya arenasında milli boksçularımızın uğurları ilə davam edir.
Federasiyanın əsas vəzifəsi ölkə daxilində və beynəlxalq səviyyədə boksun inkişafını təmin etməkdir. Bu məqsədlə federasiya müasir infrastruktur qurur, məşqçi və idmançıların hazırlanmasına xüsusi önəm verir.
Azərbaycan Boks Federasiyası World Boxing və European Boxing beynəlxalq qurumlarının üzvü olmaqla, ölkəmizin beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil olunmasını təmin edir.
Federasiyanın əsas vəzifəsi ölkə daxilində və beynəlxalq səviyyədə boksun inkişafını təmin etməkdir. Bu məqsədlə federasiya müasir infrastruktur qurur, məşqçi və idmançıların hazırlanmasına xüsusi önəm verir.
ƏSAS GÖSTƏRİCİLƏRİMİZ
Azərbaycan Boks Federasiyası ölkə üzrə geniş fəaliyyət şəbəkəsinə malikdir. Uğurlarımız və artan idmançı sayı inkişafın davamlılığını əks etdirir.
Boksa başla, sağlam həyat tərzi və güclü iradə yolunda ilk addımını at — qaliblər ailəsinə sən də qoşul!
FƏALİYYƏT PRİNSİPLƏRİMİZ
VİZYONUMUZ
Milli boksumuzu vahid liderlik altında toplayaraq yeni nailiyyətlərə doğru irəliləmək
MİSSİYAMIZ
Azərbaycan boksunu tanıtmaq, milli boksçuları dəstəkləmək və boks dəyərlərini və ənənəsini qorumaq
DƏYƏRLƏRİMİZ
Qarşılıqlı hörmət, dürüstlük, etika, məsuliyyət, daimi yenilik, şəffaflıq və səmərəlilik