Təhsİl
Rəsmİ qaydalar və WADA standartlarına uyğun məlumatlar
Azərbaycan Boks Federasiyası beynəlxalq antidopinq standartlarına (WADA – Ümumdünya Antidopinq Agentliyi) tam şəkildə riayət edir və ədalətli idmanın qorunmasını prioritet hesab edir.
Dopİnq nədİr?
Dopinq - idman nəticələrini süni şəkildə yaxşılaşdırmaq üçün qadağan olunmuş maddə və metodlardan istifadədir. Bu, idmançının bədəninə və psixikasına zərər verir, ədalətli rəqabətə ziddir və beynəlxalq idman prinsiplərinin pozulması hesab olunur.
Qadağan olunmuş maddƏlər:
- Anabolik maddələr – əzələ kütləsini artırır
- Peptid hormonlar və onların analoqları
- Beta-2 agonistlər – tənəffüsü və dözümlülüyü artırmaq üçün
- Diuretiklər və maskalama vasitələri
- Qan dopinqi və süni oksigen daşıyıcıları
- Stimulantlar və narkotiklər
Tam siyahı WADA-nın rəsmi saytında təqdim olunur.
İdmançının fərdİ məsulİyyətİ
WADA-nın prinsiplərinə əsasən hər bir idmançı dopinq qaydalarına əməl etməyə şəxsən cavabdehdir. Hətta tibb işçiləri və məşqçilər tərəfindən verilən preparatlar belə məsuliyyətdən azad etmir.
İdmançı aşağıdakıları etməlidir:
- İstifadə etdiyi hər bir dərmanın və əlavənin tərkibini yoxlamalıdır
- Əgər şübhə varsa — öncədən federasiya və ya antidopinq mərkəzi ilə əlaqə saxlamalıdır
- Tibbi müalicə zamanı idmançı statusunu həkimə bildirməlidir
- Testlər üçün hər zaman hazır olmalıdır
Terapevtİk İstİfadə İcazəsİ (TUE)
Bəzi hallarda, müalicə məqsədilə qadağan olunmuş maddələrin istifadəsi zəruri ola bilər. Bu zaman Terapevtik İstifadəyə İcazə (TUE) almaq lazımdır.
TUE-nin alınması üçün:
- Tibbi sənədlər və diaqnoz təqdim olunmalıdır
- Müraciət rəsmi antidopinq komitəsinə və ya WADA tərəfindən tanınan orqana edilir
- İcazə yalnız müəyyən müddət üçün və konkret maddəyə verilir
Antİdopİnq testlərİ
WADA-nın prinsiplərinə əsasən hər bir idmançı dopinq qaydalarına əməl etməyə şəxsən cavabdehdir. Hətta tibb işçiləri və məşqçilər tərəfindən verilən preparatlar belə məsuliyyətdən azad etmir.
İdmançı aşağıdakıları etməlidir:
İstifadə etdiyi hər bir dərmanın və əlavənin tərkibini yoxlamalıdır
Əgər şübhə varsa — öncədən federasiya və ya antidopinq mərkəzi ilə əlaqə saxlamalıdır
Tibbi müalicə zamanı idmançı statusunu həkimə bildirməlidir
Testlər üçün hər zaman hazır olmalıdır
Daha ətraflı məlumat AMADA-nın rəsmi saytında:
AMADA-nın saytına keçid →
Qaydaların pozulmasına görə sanksİyalar
Dopinq qaydalarının pozulması ciddi nəticələrə gətirib çıxarır.
Mümkün sanksiyalar:
- 2 ildən 4 ilədək diskvalifikasiya
- Yarış nəticələrinin ləğv edilməsi və medalların geri alınması
- Beynəlxalq yarışlara çıxışa qadağa
- Cərimə və federasiya daxilində reputasiya itkiləri
Daha ətraflı məlumat AMADA-nın rəsmi saytında:
AMADA-nın saytına keçid →
İkinci dəfə qaydanı pozan idmançı idmandan ömürlük uzaqlaşdırıla bilər!
Əlaqə və əlavə məlumat
Əgər sualınız varsa və ya şübhəli vəziyyətlə qarşılaşmısınızsa, dərhal əlaqə saxlayın:
Antidopinq üzrə məsul şəxs:
+994 509677424
www.amada.az Azərbaycan Milli Antidopinq Agentliyi.
www.wada-ama.org Ümumdünya Antidopinq Agentliyi