Haqqımızda

Hər zərbəni gücləndir, hər raundu qiymətləndir. Rinq səni gözləyir - gəlin bunu unudulmaz edək!

Azərbaycan Boks Federasiyası 1924-cü ildə yaradılmış və ölkəmizdə boks idman növünün inkişafına rəhbərlik edən aparıcı qurumdur. 1926-cı ildə keçirilmiş ilk Azərbaycan çempionatı ilə başlayan bu yol, bu gün dünya arenasında milli boksçularımızın uğurları ilə davam edir.

Federasiyanın əsas vəzifəsi ölkə daxilində və beynəlxalq səviyyədə boksun inkişafını təmin etməkdir. Bu məqsədlə federasiya müasir infrastruktur qurur, məşqçi və idmançıların hazırlanmasına xüsusi önəm verir.

Əlaqə məlumatları

Ünvan:

Bakı şəhəri, Xəqani Rüstəmov küçəsi, blok-1210 AZ-1025

Telefon:

+994 509677424

İş saatı:

B.e - Cümə

09:00-18:00

BİZİMLƏ ƏLAQƏ

Nümayəndəlik seçin

TEZ-TEZ VERİLƏN SUALLAR

Hamısına bax
01
Federasiya lisenziyası necə əldə olunur?

Federasiya hansısa lisenziyanı vermir. Burada lazımi bazada klubları, cəmiyyətləri və boksçuları qeydiyyatdan keçirə bilərsiz. Klub lisenziyasını ASAN Xidmət Mərkəzlərində əldə etmək olar.

02
İdmançı kimi qeydiyyatdan keçmək üçün tibbi yoxlama tələb olunur?

Bəli, bu, mütləqdir. İdmançıların qeydiyyatı məşq etdikləri klub və cəmiyyətlər tərəfindən bazaya daxil edilir.

03
Uşağımı məşqlərə necə yazdıra bilərəm?

Yaşadığınız ünvanın yaxınlığındakı boks mərkəzlərinə, idman klublarına və ya cəmiyyətlərinə müraciət edib məşqlərə başlaya bilərsiz.

04
Məşqçilər və hakimlər üçün təlimlər keçirilir?

Mütəmadi olaraq, hər yarış öncəsi ildə bir neçə dəfə.

05
Beynəlxalq turnirdə iştirak necə reallaşır?

Beynəlxalq turnirdə iştirak üçün milli komandanın üzvü olmalısan və hər bir vətəndaşın xarici ölkəyə səfəri zamanı lazım olan sənədlər qaydasında olmalıdır. Federasiyanı məlumatlandırmaq şərti ilə klublar da öz hesablarına da xarici yarışlara gedə bilərlər.

Təşəkkür edirik!