faq

01
Federasiya lisenziyası necə əldə olunur?

Federasiya hansısa lisenziyanı vermir. Burada lazımı bazada klubları, cəmiyyətləri və boksçuları qeydiyyatdan keçirə bilərsiz. Klub lisenziyasını ASAN Xidmət Mərkəzlərində əldə etmək olar.

02
Federasiyada hansı yaş qrupları üçün məşqlər təşkil edilir?

Federasiyada hansısa fərdi məşq təşkil edilmir. Federasiyada müxtəlif yaş qrupları üzrə milli komandalar (kadetlər (U-15), yeniyetmələr (U-17), gənclər (U-19), böyüklər (19-40 yaş)) hazırlıq keçir və beynəlxalq arenalarda Azərbaycanın idman şərəfini qoruyur

03
Məşqlərə yazılmaq üçün nə etmək lazımdır?

Məşqlərə yazılmaq üçün ABF-in regional boks nümayəndəliklərinə, həmçinin müxtəlif klublar və idman cəmiyyətlərinə müraciət etmək lazımdır. Ardınca Azərbaycan çempionatlarında uğur qazanan boksçular baş məşqçinin qərarına əsasən, milli komandalara cəlb edilir.

04
Milli komandaların məşqçilərinin məsuliyyəti hansılardır?

Milli komandaların hər bir kateqoriya üzrə məşqçilər heyəti fəaliyyət göstərir. Məşqçilər heyəti yığma komandanın hazırlığına və yarışlarda yüksək səviyyədə iştirakına məsuliyyət daşıyır.

05
Xarici vətəndaşların məşqlərdə iştirakına icazə verilir?

Azərbaycan vətəndaşlığı olmayanlar milli komandalarla məşq edə bilməzlər. Onların fərdi məşqçilərin yanında hazırlıq keçməsinə isə icazə verilir.

06
Təlim-məşq toplanışları daha çox harada təşkil olunur?

Məşqlər yarışlara uyğun olaraq müxtəlif yaş qrupları üzrə milli komandaların məşqçiləri verdiyi qərara əsasən, müxtəlif ölkələr və ölkəmizin şəhərlərdə təşkil edilir.

07
Məşqlər həftədə neçə dəfə keçirilir?

Məşqlər yarışa və məşqçilərin proqramına əsasən nizamlanır. Bu, gündə 2 dəfə və ya həftədə 3 dəfə də ola bilər

08
Məşqlər ödənişlidir?

Federasiyada milli komandaların boksçuları hazırlıq keçir və hansısa ödənişdən söhbət belə gedə bilməz. Yığma üzvləri həmçinin otel, qidalanma, zəruri geyim və avadanlıqlarla təmin olunurlar. Klublara gəlincə, kateqoriyasından asılı olaraq, ödənişli və yaxud ödənişsiz ola bilər.

09
Yarışlarda iştirak üçün necə qeydiyyatdan keçə bilərəm?

Yarışlarda iştirak etmək üçün öncə federasiyanın məlumat bazasından qeydiyyatdan keçməli, ardınca hansısa klub, ya idman cəmiyyəti tərəfindən sifariş verməlidir.

10
Beynəlxalq turnirdə iştirak necə reallaşır?

Beynəlxalq turnirdə iştirak üçün milli komandanın üzvü olmalısan və hər bir vətəndaşın xarici ölkəyə səfəri zamanı lazım olan sənədlər qaydasında olmalıdır. Federasiyanı məlumatlandırmaq şərti ilə klublar da öz hesablarına da xarici yarışlara gedə bilərlər.

11
İdmançı kimi qeydiyyatdan keçmək üçün tibbi yoxlama tələb olunur?

Bəli, bu, mütləqdir. İdmançıların qeydiyyatı məşq etdikləri klub və cəmiyyətlər tərəfindən bazaya daxil edilir.

12
Uşağımı məşqlərə necə yazdıra bilərəm?

Yaşadığınız ünvanın yaxınlığındakı boks mərkəzlərinə, idman klublarına və ya cəmiyyətlərinə müraciət edib məşqlərə başlaya bilərsiz.

13
Məşqçilər və hakimlər üçün təlimlər keçirilir?

Mütəmadi olaraq, hər yarış öncəsi ildə bir neçə dəfə.

14
Hakim olmaq üçün nə etmək lazımdır?

Seminarlara qatılıb, imtahandan uğurla keçən şəxslər hakimliyə cəlb olunurlar.

15
Dopinq nəzarəti ilə bağlı qaydalar necə tənzimlənir?

Buna federasiyanın tibb heyəti tərəfindən xüsusi nəzarət olunur. Amma qaydalarla sanksiyaları WADA və AMADA tətbiq edir.

Sualınızı bizə göndərə bilərsiniz

Əgər sualınıza cavab tapa bilmədinizsə, zəhmət olmasa bizə yaza bilərsiniz və tez bir zamanda sualınız cavabladıracaq.

BİZİMLƏ ƏLAQƏ:

info@abf.az

+994 509677424

Təşəkkür edirik!