Boks Azərbaycanda

2003-CÜ İL — DÜNYA ÇEMPİONATINDA TARİXİ QIZIL MEDAL
09.04.2026
Previous
Next

2003-cü ildə Banqokda təşkil olunan dünya çempionatı Azərbaycan boksçuları üçün tarixi oldu. Ağası Məmmədov 54 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazandı. Bu, Azərbaycan boksunun dünya çempionatları tarixində ilk qızıl medalı idi. Həmin yarışda Tofiq Əhmədov və Ruslan Xairov da bürünc medal əldə etdilər. Milli komanda güclü ölkələrlə birlikdə ilk beşlikdə qərarlaşdı. 2003-cü il Azərbaycan boksunun dünya səviyyəsində tanınmasında xüsusi rol oynadı. 

Bölüş

Təşəkkür edirik!