GÖYGÖL OLİMPİYA İDMAN KOMPLEKSİ
Boks klubu haqqında
Göygöl Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilib.
Kompleksin binası 3 blokdan ibarətdir. Binanın giriş hissəsində sahəsi 450 m² olan foye, 50 nəfərlik kafe yerləşir.
A bloku – 1-ci mərtəbə: 2 döşəkli güləş zalı (27x21 m), trenajor zalı (19.8x6 m) və sahəsi 164 m2 olan terrassa yerləşir. 2-ci mərtəbə: Boks zalı (19.8x10.5 m),Konfrans zalı var.
B bloku – Üzgüçülük zalında hovuzun ölçüsü 25x450 m212.5 metr, tamaşaçı oturacağı yerlərinin sayı 102 nəfərlik, 2 ədəd soyunub-geyinmə otağı, 2 ədəd sauna və s.
C bloku – Universal idman zalı (50x36 m), tamaşaçı oturacağı yerlərinin sayı 800 nəfərlik, VİP tribuna yerləşir. Bundan başqa l və ll mərtəbələrdə 17 ədəd 2 nəfərlik idmançılar üçün yataq otaqları (cəmi 34 nəfərlik) və 2 ədəd tamaşaçılar üçün sanitar qovşaqlar vardır.
Kompleksin ərazisində 5 ədəd ikimərtəbəli kottec binası inşa edilib. Hər bir kottecdə 12 nəfər yerləşməklə kotteclər üzrə yerləşmə sayı 60 nəfərdir. Ərazisində 44 yataq yerlik 17 otaqlı mehmanxana da inşa edilib.
Ünvan
Əlavə Məlumat
Digər boks məktəbləri
Hamısına bax