MEDİA

AVROPA BİRİNCİLİYİ: AZƏRBAYCANIN 13 BOKSÇUSU FİNALDA MÜBARİZƏ APARACAQ, 9-U BÜRÜNC MEDAL QAZANIB
26.07.2025
Previous
Next

Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsi başa çatıb. Finala gedən yolda Azərbaycan millisinin 22 boksçusu mübarizə aparıb.

Onlardan 13-ü həlledici görüşdə iştirak hüququ qazanıb. Boksçularımızdan Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (42 kq), Fatimə Məmmədli (44 kq), Kəmalə Həsənova (54 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Nuran Yusibli (46 kq), Abbasəli Məmmədli (48 kq), Elcan Musazadə (50 kq), Sabir Rüstəmov (57 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq) və Yusif Ağakişiyev (75 kq) qızıl medal uğrunda rinqə çıxacaq.

Yarımfinalda məğlub olan Aysan Miriyeva (46 kq), Emiliya Beydullayeva (57 kq), Xumar Cəfərli (70 kq), Sahib Baxışlı (44 kq), Məhəmməd Əli (52 kq), Fərhad Quliyev (54 kq), Amid Ələkbərov (60 kq), Mehran Rəsulov (80 kq) və Ərdəm Təkin (90 kq) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, Avropa birinciliyinə iyulun 27-də yekun vurulacaq.

Bölüş

Təşəkkür edirik!