MEDİA

AVROPA ÇEMPİONATI: YARIMFİNALA YÜKSƏLƏN BOKSÇULARIMIZIN SAYI 5-Ə ÇATIB
06.10.2025
Previous
Next

Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında 1/4 final görüşlərinə yekun vurulub. Mərhələnin ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı yarımfinala yüksəlib.

Zidan Hümbətov (55 kq) Saşa Menkaronini (İtaliya) məğlub edib – 5:0 (30:26, 30:27, 30:27, 29:28, 30:27). O, yarımfinalda Riza Muhammed Safari (İngiltərə) ilə döyüşəcək.

Bununla da yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edən boksçularımızın sayı 5-ə yüksəlib. Bilalhəbaşi Nəzərov (50 kq), Sübhan Babayev (60 kq) və Banuçiçək Nəsirli (48 kq) final uğrunda oktyabrın 7-də mübarizə aparacaqlar. İlkanə Əhmədova (+80 kq) ilə Hümbətov isə yarımfinal görüşünə 1 gün sonra çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatında bu gün istirahətdir.

Bölüş

Təşəkkür edirik!