MEDİA
AZƏRBAYCAN BOKS FEDERASİYASININ KOLLEKTİVİ İKİNCİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB
27.09.2025
27 sentyabr - Anım günü ilə əlaqədar Azərbaycan Boks Federasiyasının kollektivi, məşqçilər və milli komandanın üzvləri İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Onlar Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən igidlərin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.







Bölüş
Aktual xəbərlər






