MEDİA

AZƏRBAYCAN BOKSÇULARI BEYNƏLXALQ ƏHMƏD COMƏRD TURNİRİNDƏ MÜBARİZƏ APARACAQLAR
29.03.2026
Previous
Next

Martın 30-da Türkiyənin İstanbul şəhərində boks üzrə beynəlxalq Əhməd Comərd turniri start götürəcək. 7 gün davam edəcək yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar.

Məşqçilər Ayaz Baxşıyevlə Elnur Kərimli ənənəvi turnirdə Ucal Musayev (50 kq), Elbrus Kərimli (60 kq), Cəlal Qurbanov (65 kq) və Vüqar Mamedova (70 kq) şans verəcəklər.

Yarışda Yasəf Quliyevlə Şaban Şahpələngov ölkəmizi hakim kimi təmsil edəcəklər.

Komanda səfərə Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərovun rəhbərliyi altında yollanıb.

Bölüş

Təşəkkür edirik!