MEDİA

AZƏRBAYCAN BOKSÇULARI GÜRCÜSTANDA BEYNƏLXALQ TURNİRDƏ MÜBARİZƏ APARACAQLAR
04.05.2026
Previous
Next

Mayın 5-də Gürcüstanın Kutaisi şəhərində 19 yaşadək boksçular arasında beynəlxalq turnir start götürəcək. 6 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

Komandamız U-19 oğlanların turnirində 24, qızların mübarizəsində 3 boksçu ilə təmsil olunacaq.

Yarışda ölkəmizi Asif Məmmədov hakim kimi təmsil edəcək.

Bölüş

Təşəkkür edirik!