MEDİA

AZƏRBAYCAN BOKSÇULARI LİSENZİYA XARAKTERLİ YARIŞDA MÜBARİZƏ APARACAQLAR
06.03.2026
Previous
Next

Martın 8-də Taylandın paytaxtı Banqkokda boks üzrə Olimpiya Təsnifat Kuboku start götürəcək. Seneqalda keçiriləcək gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan millisi 6 idmançı ilə təmsil olunacaq.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev turnirdə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Toğrul Quliyev (60 kq) və Şahin Aslanova (65 kq) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Gülər Hüseynova (48 kq) və Əminə Tağıya (51 kq) güvənəcək.

Lisenziyalar sonradan ölkələr və qitələr üzrə bölünəcək.

Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.

Bölüş

Təşəkkür edirik!