MEDİA

AZƏRBAYCAN BOKSÇUSU 19 YAŞINDA DÜNYA ÇEMPİONU OLUB
13.12.2025
Previous
Next

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionu olub. Millinin 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula yiyələnib.

Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Edmond Xudoyanla (Rusiya) qarşılaşıb. Mamedov özündən 10 yaş böyük olan rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.

Beləliklə, millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialda 3-cü yeri tutublar.

Bölüş

Təşəkkür edirik!