MEDİA

AZƏRBAYCAN BOKSÇUSU DÜNYA ÇEMPİONATINDA 1/8 FİNALA YÜKSƏLİB
05.09.2025
Previous
Next

Azərbaycanın daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Səidcəmşid Cəfərov ilk döyüşünü xeyrinə bitirib.

75 kq-da mübarizə aparan təmsilçimiz 1/16 finalda Qavin Raffertini (İrlandiya) məğlub edib. Hər üç raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə qələbə qazanıb.

O, növbəti görüşünü ilk mərhələdən azad olan Dayqo Sunaqaya (Yaponiya) qarşı keçirəcək.

Qeyd edək ki, döyüş sentyabrın 9-da olacaq.

Bölüş

Təşəkkür edirik!