MEDİA

AZƏRBAYCAN MİLLİSİ AVROPA ÇEMPİONATINI 2 MEDALLA BAŞA VURUB
21.08.2026
Previous
Next

Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb. Yığmamızın aktivinə növbəti mükafatı Əli Baxışov yazdırıb.

60 kq-da çıxış edən boksçumuz yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medala sahib olub. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kq) 3-cü yeri tutub.

Bölüş

Təşəkkür edirik!