MEDİA
AZƏRBAYCANLI HAKİM SƏUDİYYƏ ƏRƏBİSTANI ÇEMPİONATINA DƏVƏT ALIB
03.02.2026
Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq. Beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.
Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək. Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.
Bölüş
Aktual xəbərlər