MEDİA
BANUÇİÇƏK NƏSİRLİ BEYNƏLXALQ TURNİRDƏ QAZAXISTANLI BOKSÇUNU MƏĞLUB EDİB
06.03.2025
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri davam edir. Yarışın üçüncü günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.
48 kq çəkidə mübarizə aparan Banuçiçək Nəsirli 1/4 final çərçivəsində qazaxıstanlı Aiym Tankibayeva ilə üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə başa çatıb - 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30). O, yarımfinalda Natalya Nieviadomska (Polşa) ilə döyüşəcək. Görüş martın 7-də olacaq.
Qeyd edək ki, Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.
Bölüş
Aktual xəbərlər