MEDİA

BOKSÇULARIMIZ BUDVADA DÜNYA KUBOKU STATUSLU "ADRİATİK İNCİSİ”NDƏ MÜBARİZƏ APARACAQLAR
01.03.2025
Previous
Next

Martın 3-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu "Adriatik incisi” beynəlxalq turniri keçiriləcək. Azərbaycan millisi həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.

Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.

Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) rinqə çıxacaq.

"Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.

Bölüş

Təşəkkür edirik!