MEDİA

BOKSÇULARIMIZ DÜNYA KUBOKUNDA KUBALI VƏ RUSİYALI RƏQİBİNƏ QALİB GƏLİB, FİNALA YÜKSƏLİB
10.03.2024
Previous
Next

Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinal mərhələsinə yekun vurulub. Yarışda Azərbaycan millisinin 2 idmançısı finala yüksəlib.

Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kq) yarımfinalda kubalı Manuel Sober Ruisə qalib gəlib. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. Nəzərov finalda Tamta Briyeşlə (Hindistan) döyüşəcək.

51 kq-da mübarizə aparan Zidan Hümbətov isə hindistanlı Juji Rubandan güclü olub. Hər 3 raundda rəqibindən güclü olan boksçumuz 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, qızıl medal uğrunda Arseniy Jiltsovla (Rusiya) üz-üzə gələcək.

Bölüş

Təşəkkür edirik!