MEDİA

BOKSÇULARIMIZ ƏLCƏZAİR MİLLİLƏRİ İLƏ ŞAMAXIDA TOPLANIŞA BAŞLAYIB
20.09.2026

Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milliləri növbəti təlim-məşq toplanışına start verib. Hər 2 komanda hazırlığı ölkəmizdə səfərdə olan Əlcəzair yığmaları ilə birgə Şamaxıda keçir.

Məşqçilər korpusu toplanışa son beynəlxalq turnirlərdə özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib. Hazırlıqda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.

10 gün davam edəcək məşqlərdə sınaq döyüşləri də planlaşdırılır.

Bölüş

Təşəkkür edirik!