MEDİA

BOKSÇULARIMIZ “EURASİAN DAURİA CUP”DA MÜBARİZƏ APARACAQLAR
08.09.2025
Previous
Next

Bu gün Rusiyanın Çita şəhərində gənc boksçular arasında beynəlxalq turnir start götürəcək. 6 gün davam edəcək “Eurasian Dauria cup”da Azərbaycan millisi 2 idmançı ilə təmsil olunacaq.

Məşqçi Ceyhun Əbiyevin rəhbərliyi altında rinqə Nihat Qasımov (51 kq) və Vüsal Xəlilov (63,5 kq) çıxacaqlar.

Qeyd edək ki, yarışa ümumilikdə 150 boksçu qatılacaq.

Bölüş

Təşəkkür edirik!