MEDİA

MİLLİMİZ 3 ÖLKƏNİN BOKSÇULARI İLƏ BAKIDA HAZIRLIQ KEÇİRLƏR
01.04.2025
Previous
Next

Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib. Hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Göygöldən sonra Bakıda davam etdirilir.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışda yığmamızla yanaşı, Gürcüstan və Qazaxıstan milliləri də iştirak edirlər. Hazırlığa həmçinin özbəkistanlı boksçular da qoşulublar. Birgə məşqlər aprelin 10-da yekunlaşacaq.

Bölüş

Təşəkkür edirik!