MEDİA

BOKSÇULARIMIZ JABİNKADA BEYNƏLXALQ TURNİRDƏ MÜBARİZƏYƏ BAŞLAYIR
17.09.2024
Previous
Next

Bu gün Belarusun Jabinka şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov Jabinkada Ayxan Həsənov (48 kq), Nihat Qasımov (50 kq), İmran Axundov (52 kq), Əflatun İsmiyev (54 kq), Sübhan Babayev (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq) və Səfdər Məmmədzadəyə (+80 kq) şans verəcək.

Komanda Bakıya sentyabrın 21-də qayıdacaq.

Bölüş

Təşəkkür edirik!