MEDİA

BOKSÇULARIMIZ KASTAMONUDA TÜRKİYƏ MİLLİSİ İLƏ HAZIRLIQ KEÇƏCƏK
25.07.2026

Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanıb. Yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaq.

Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçunu cəlb ediblər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış U-17 və U-19 üzrə Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır. Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.

Bölüş

Təşəkkür edirik!