MEDİA

BOKSÇULARIMIZ POLŞADA XATİRƏ TURNİRİNDƏ MÜBARİZƏ APARACAQ
23.09.2024
Previous
Next

Sentyabrın 24-də Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Məşqçi Ceyhun Abiyev Keltsedə təşkil olunacaq turnirdə 2 boksçuya şans verəcək. Yığma üzvlərindən Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) rinqə çıxacaqlar.

Bölüş

Təşəkkür edirik!