MEDİA
BOKSÇULARIMIZ TÜRKİYƏDƏ BEYNƏLXALQ TƏLİM-MƏŞQ TOPLANIŞINDA İŞTİRAK EDƏCƏKLƏR
27.08.2026
Yeniyetmə oğlan boksçulardan ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb. Komandamız Rizədə təlim-məşq toplanışı keçəcək.
Məşqçilər korpusu U-17 Avropa çempionatı öncəsi son hazırlıqda 13 boksçunu yoxlayacaq. Azərbaycan, Türkiyə və Gürcüstan yığmalarının qatılacağı beynəlxalq toplanış sentyabrın 7-də yekunlaşacaq.
Rizədə sınaq döyüşləri də planlaşdırılır.
Bölüş