MEDİA

BOKSÇUMUZ “BRANDENBURQ KUBOKU”NDA GÜMÜŞ MEDAL QAZANIB
02.08.2025
Previous
Next

Azərbaycan boksçusu Sübhan Babayev Almaniyanın Frankfurt şəhərində gənclər (U-19) arasında keçirilən “Brandenburq kuboku”nda final görüşünə çıxıb. 60 kq çəkidə çıxış edən yığma üzvü həlledici görüşdə Ellisbey Selimlə (ABŞ) üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə başa çatdığından Babayev gümüş medala sahib olub.

Qeyd edək ki, boksçumuz daha öncə müvafiq olaraq, Simonas Puniskis (Litva), Nur Zakarye (Almaniya) və Mattia Turrinə (İtaliya) qalib gəlib.

Bölüş

Təşəkkür edirik!