MEDİA
DÜNYA ÇEMPİONATINDA BİR BOKSÇUMUZ FİNALA YÜKSƏLİB, İKİSİ BÜRÜNC MEDAL QAZANIB
12.12.2025
Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionatında finala yüksəlib. O, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialın yarımfinalda Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən 19 yaşlı boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, finalda Edmond Xudoyanla (Rusiya) üz-üzə gələcək. Həlledici görüş dekabrın 13-də olacaq.
Digər boksçularımızdan Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) dünya çempionatında bürünc medala sahib olublar.


Bölüş
Aktual xəbərlər

