MEDİA
GƏNC BOKSÇULARIMIZ MACARISTANDA BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏK
13.05.2024
Bu gün Macarıstanda Eqer şəhərində yeniyetmə və gənc boksçular arasında beynəlxalq turnir start götürəcək. Yarışda Azərbaycan milli komandası gənclərin yarışında təmsil olunacaq.
Baş məşqçi Elbrus Rzayev turnirdə Tağı Nəsibov (60 kq), Abbasqulu Şadlinski (71 kq), Hüseyn Hüseynli (80 kq) və Ruslan Qəhrəmanova (86 kq) şans verəcək.
Yarışda final döyüşləri mayın 17-də olacaq.
Qeyd edək ki, komandamız mayın 18-də Bakıya dönəcək.
Bölüş
Aktual xəbərlər