MEDİA

İBA-NIN TEXNİKİ KOMİTƏSİNİN SABİQ SƏDRİ MƏŞQÇİLƏRİMİZƏ VƏ HAKİMLƏRİMİZƏ SEMİNAR KEÇİB
12.12.2024
Previous
Next

İBA-nın Texniki Komitəsinin sabiq sədri Raymond Silvas Azərbaycana səfərə gəlib. Amerikalı mütəxəssis səfər çərçivəsində ölkə çempionatına qatılacaq komandaların məşqçilərinə və döyüşləri idarə edəcək hakimlərə seminar keçib.

Seminarda yarışa hazırlıq məsələləri, qaydalar və mübahisələrə səbəb olan qərarlar müzakirə edilib, lazımı təlimatlar verilib.

Təlimdə Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov da iştirak edib.

Qeyd edək ki, Raymond Silvas dekabrın 15-20-də kişi və qadın boksçular arasında keçiriləcək Azərbaycan çempionatının supervayzeri olacaq.

Bölüş

Təşəkkür edirik!