MEDİA
KADETLƏR ARASINDA ZONA BİRİNCİLİYİNİN FİNAL MƏRHƏLƏSİ BAŞLAYIR
22.04.2025
Bu gün boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürəcək. Bakı Boks Mərkəzində keçiriləcək yarışda 17 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Yarışda 50 komandanın 153 boksçusu gücünü yoxlayacaq. Final mərhələsi aprelin 26-da başa çatacaq.
Döyüşlər bu gün, saat 15:00-da start götürəcək. Görüşlərdən öncə isə komandaların paradı baş tutacaq.
Final mərhələsi çərçivəsində, həmçinin qız boksçuların da seçim turniri olacaq. Mübarizəyə 30 idmançı qoşulacaq.
Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq.
Bölüş
Aktual xəbərlər
