MEDİA
KİŞİ BOKSÇULARIMIZ İLİN İLK HAZIRLIĞINA BAŞLAYIB
02.02.2026
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası yeni ilin ilk təlim-məşq toplanışına start verib. Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Bakıda başlayıb.
Məşqçilər korpusu toplanışa Azərbaycan çempionatının bütün mükafatçılarını cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.
Qeyd edək ki, hazırlıq fevralın 20-də yekunlaşacaq.
Bölüş
Aktual xəbərlər