MEDİA
LƏNKƏRANDA ZONA BİRİNCİLİYİNƏ 31 KOMANDA QATILIB
25.03.2025
Lənkəranda məktəbli oğlan boksçular arasında zona birinciliyi start götürüb. Boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsi üçün təşkil olunan növbəti yarış Lənkəran Olimpiya İdman Kompleksində keçirilir.
6 gün davam edəcək yarışda 31 komandanın 173 boksçusu gücünü yoxlayır. 17 çəki dərəcəsində fərqlənəcək idmançılar birinciliyin Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, bundan öncə zona birinciliyi Şəkidə təşkil olunub.





Bölüş
Aktual xəbərlər




