MEDİA

MALİK HƏSƏNOV AVROPA ÇEMPİONATINA QƏLƏBƏ İLƏ BAŞLAYIB
18.04.2024
Previous
Next

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb. 63,5 kq çəkidə mübarizə aparan Malik Həsənov 1/16 final çərçivəsində Laşa Qaqnidze (Gürcüstan) ilə qarşılaşıb.

Döyüş boksçumuzun qələbəsi ilə başa çatıb. Həsənov 1/8 finalda ilk mərhələdən azad olan ispaniyalı Oyer İbarriçe ilə üz-üzə gələcək. Görüş aprelin 21-də olacaq.

Qeyd edək ki, 34 ölkədən 337 (216 kişi, 121 qadın) idmançının qatıldığı Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.

Bölüş

Təşəkkür edirik!