MEDİA

MALİK HƏSƏNOV LİSENZİYA TURNİRİNDƏ İKİNCİ QƏLƏBƏSİNİ QAZANIB
28.05.2024
Previous
Next

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində ikinci döyüşünə çıxıb. 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 final çərçicəsində Çol Man Çoe (Şimali Koreya) ilə qarşılaşıb.

Görüş 1:1 (30:27, 28:28, 28:28, 28:28, 28:29) hesabı ilə yekunlaşsa da, hakimlər boksçumuzu üstün hesab ediblər və Həsənov 1/8 finala vəsiqə qazanıb. O, növbəti döyüşündə Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gələcək. Qarşılaşma mayın 29-da olacaq.

Qeyd edək ki, bu gün Şamil Əsgərov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da rinqə çıxacaq.

Bölüş

Təşəkkür edirik!