MEDİA
MALİK HƏSƏNOV LİSENZİYA TURNİRİNDƏ POLŞALI RƏQİBİNİ MƏĞLUB EDİB
26.05.2024
Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb. 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü ilk görüşündə polşalı Bartlomey Roskovijlə qarşılaşıb.
Həsənov hər 3 raundu xeyrinə bitirib. 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz 1/16 finala yüksəlib. O, ikinci görüşündə Çol Man Çoe (Şimali Koreya) ilə üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.
Qeyd edək ki, bu gün axşam sessiyasında Sərxan Əliyev (71 kq) də rinqə çıxacaq.
Bölüş
Aktual xəbərlər