MEDİA

MARJONA SAVRİYEVA DÜNYA ÇEMPİONATINA QƏLƏBƏ İLƏ BAŞLAYIB
10.03.2025
Previous
Next

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatına start verilib. Mundailın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

50 kq-da mübarizə aparan Marjona Savriyeva debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb. Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davamına icazə verməyiblər. İlk raundu xeyrinə bitirən Savriyeva mərhələ adlayıb. O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.

Qeyd edək ki, mundialın ikinci günündə millimizin 2 boksçusu gücünü yoxlayacaq.

Bölüş

Təşəkkür edirik!