MEDİA

MƏHƏMMƏDLİ AŞIRƏLİYEV AVROPA BİRİNCİLİYİNDƏ 1/8 FİNALA YÜKSƏLİB
07.04.2024
Previous
Next

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın dördüncü günündə Azərbaycan millisinin daha bir idmançısı ilk görüşünü qələbə ilə başa vurub.

57 kq-da Məhəmmədli Aşırəliyev 1/16 finalda Françesko Krusillanı (İtaliya) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib.

O, növbəti görüşünü aprelin 9-da irlandiyalı Martin Makdonaha qarşı keçirəcək.

Aşırəliyevdən fərqli, Məhəmmədəli Qasımzadə (60 kq) yarışla vidalaşıb. O, Cemmal Mohamed Ali Camelə (Fransa) 2:3 (28:29, 30:27, 29:28, 28:29, 27:30) hesabı ilə məğlub olub.

Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.

Bölüş

Təşəkkür edirik!