MEDİA

MİLLİ KOMANDALARIMIZ ÇİNDƏ BEYNƏLXALQ TƏLİM-MƏŞQ TOPLANIŞDA İŞTİRAK EDİB, ARDINCA YARIŞDA MÜBARİZƏ APARACAQLAR
14.09.2026

Azərbaycanın boks üzrə böyüklərdən və gənclərdən (U-19) ibarət milli komandaları Çinin Sincan-Uyğur Muxtar Rayonunda beynəlxalq təlim-məşq toplanışına qatılacaq. Sentyabrın 15-də start götürəcək hazırlıqda 26 ölkənin yığması iştirak edəcək.

Toplanışda məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və İlham Əlimzanov U-19-dan Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Bağışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədovla (90 kq) Səftər Məmmədzadəni (+90 kq), böyüklərdən Nicat Hüseynov, Zəlimxan Süleymanov, Tural Sarıyev (hər üçü 55 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Rasim Çobanlı (80 kq) və Səbuhi Əlizadəni (+90 kq) yoxlayacaqlar.

Boksçularımız Çində sentyabrın 24-də yekunlaşacaq hazırlığın ertəsi günü “Kəmər və Yol” beynəlxalq turnirində güclərini yoxlayacaqlar. Yarış sentyabrın 29-da başa çatacaq.

Turnirdə ölkəmizi Emil Qurbanəliyev hakim kimi təmsil edəcək.

Bölüş

Təşəkkür edirik!