MEDİA

MİLLİMİZ “ASİYA UŞAQLARI”NI 4 MEDALLA BAŞA VURUB
05.07.2024
Previous
Next

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında boks yarışları başa çatıb. Yeniyetmələrdən ibarət Azərbaycan millisi turniri 4 medalla başa vurub.

Yarışın son günündə komandamızın heyətində Nihad Qasımov (48 kq) gümüş medala yiyələnib. Ondan öncə isə Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) 3-cü yeri tutublar.

Bölüş

Təşəkkür edirik!