MEDİA

OLİMPİYAÇILARIMIZ PARİS-2024-Ə HAZIRLIĞI ALMANİYADA DAVAM ETDİRƏCƏK
10.07.2024
Previous
Next

Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıqların son mərhələsi üçün Almaniyaya yollanıb. Yığmamız baş məşqçi Pedro Rokenin rəhbərliyi altında Saarbrükkendə təlim-məşq toplanışı keçəcək.

Komandamızın heyətində olimpiyaçılarımız - Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) yer alıblar. Toplanış iyulun 20-dək davam edəcək.

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək.

Bölüş

Təşəkkür edirik!