MEDİA
ÖZBƏKİSTANLI BOKSÇULAR BAKIDA AZƏRBAYCAN MİLLİSİ İLƏ HAZIRLIQ KEÇƏCƏK
03.05.2025
Özbəkistanın yeniyetmə boksçuları Bakıya gəlib. Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası ölkəmizdə təlim-məşq toplanışına qatılacaq.
Özbəklər Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcək. Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq.
Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də keçiriləcək.
Bölüş
Aktual xəbərlər