MEDİA

QADIN BOKSÇULARIMIZ BELQRADDA BEYNƏLXALQ TURNİRDƏ MÜBARİZƏ APARACAQ
03.02.2025
Previous
Next

Fevralın 5-də Serbiyanın paytaxtı Belqradda boks üzrə beynəlxalq turnir start götürəcək. 5 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Belqradda yığmamızın heyətində Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayeva (+81 kq) gücünü yoxlayacaq.

Qeyd edək ki, bu gün səfərə yollanan boksçularımız fevralın 10-da Bakıya qayıdacaqlar.

Bölüş

Təşəkkür edirik!