MEDİA

SAHİL BABAYEV NAXÇIVANDA BOKS MƏŞQÇİLƏRİ İLƏ GÖRÜŞÜB
27.04.2024
Previous
Next

Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndə heyəti Naxçıvan Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının rəsmiləri və muxtar respublikada  fəaliyyət göstərən boks məşqçiləri ilə görüşüb.

Federasiyanın prezidenti Sahil Babayevlə Naxçıvan MR-in gənclər və idman nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Məcid Seyidova məşqçilərin fəaliyyəti, idmançıların hazırki məşq prosesi ilə bağlı son məlumatlar verilib.

Görüşdə perspektivlər, yaxın gələcək üçün hədəflər, boksun muxtar respublikada daha da kütləviləşməsi, idmançı və məşqçilərin hazırlıq səviyyələrinin artırılması istiqamətində görüləcək işlər müzakirə olunub.

Çalışdırıcıların bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı təklifləri dinlənilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Bölüş

Təşəkkür edirik!