MEDİA

ŞAMİL ƏSGƏROV LİSENZİYA TURNİRİNDƏ 1/4 FİNALA VƏSİQƏ QAZANIB
30.05.2024
Previous
Next

Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir. Yarışın yeddinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Şamil Əsgərov çıxıb.

57 kq-da mübarizə aparan boksçu 1/8 final çərçivəsində Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkib. Görüş Əsgərovun qələbəsi ilə yekunlaşıb - 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30).

Boksçumuz 1/4 finalda Munarbek Seyitbek Uulu (Qırğızıstan) ilə döyüşəcək. Görüş mayın 31-də olacaq.

Qeyd edək ki, bu gün 1/16 final çərçivəsində Alfonso Dominqes (92 kq) və Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.

Bölüş

Təşəkkür edirik!