MEDİA
U-15 AZƏRBAYCAN KUBOKU KEÇİRİLƏCƏK
31.08.2026
Kadet boksçular (U-15) arasında Azərbaycan kuboku keçiriləcək. Sentyabrın 1-də start götürəcək yarışda zona birinciliklərinin final mərhələsində fərqlənən idmançılar güclərini yoxlayacaqlar.
U-15 Azərbaycan kubokuna 39 komandanın 97 boksçusu qatılacaq. 17 çəki dərəcəsində 4 gün davam edəcək yarışın qalibləri Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, U-15 Avropa çempionatı oktyabrda Trabzonda təşkil olunacaq.
Bölüş