MEDİA
U-19 AVROPA ÇEMPİONATINDA UĞUR QAZANAN BOKSÇULARIMIZ VƏTƏNƏ QAYIDIBLAR
11.10.2025
Çexiyanın Ostrava şəhərində gənc boksçular arasında Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.
Yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Boksçularımız U-19 Avropa çempionatında 1 qızıl, 1 gümüş və 3 bürünc medala yiyələniblər.
Qeyd edək ki, millimiz analoji yarışda 16 ildən sonra 5 mükafat qazanıb.







Bölüş
Aktual xəbərlər





