MEDİA

YENİYETMƏ BOKSÇULARIMIZ AVROPA ÇEMPİONATININ HAZIRLIĞINA BAŞLAYIB
28.10.2025
Previous
Next

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb. Hazırlıq Şamaxıda keçirilir.

Toplanışa ölkənin ən güclü boksçuları cəlb olunublar. Məşqlərdə əsas diqqət fiziki hazırlığa yönəlib.

Vaqif Kazımovun baş məşqçisi olduğu milli Şamaxıda noyabrın 6-dək hazırlıq keçəcək. Komanda taktiki-texniki məşqləri Sumqayıtda davam etdirəcək.

Qeyd edək ki, toplanış Almaniyada keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Bölüş

Təşəkkür edirik!