MEDİA

YIĞMAMIZ DÜNYA ÇEMPİONATINA YOLLANIB
07.03.2025
Previous
Next

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı keçiriləcək. Martın 8-16-da keçiriləcək mundailda Azərbaycan millisi də mübarizə aparacaq.

Yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.

Dünya çempionatına bir gün öncə yollanan millimiz martın 17-də Bakıya qayıdacaq.

Bölüş

Təşəkkür edirik!