Təhsİl
Mayın 16-da yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək 🥊 Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan🇺🇿, Qazaxıstan🇰🇿, Monteneqro🇲🇪, Rusiya🇷🇺, Belarus🇧🇾, Türkiyə🇹🇷 və Gürcüstanın🇬🇪 yığmaları iştirak edəcəklər. 2️⃣0️⃣0️⃣-dən çox boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək 💪 “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq. Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparacaq. Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 6️⃣0️⃣ yeniyetməni sınaqdan keçirəcək. Yarışın ilk günü saat 14:00-da açılış mərasimi təşkil olunacaq, ardınca döyüşlər başlayacaq. Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025″in supervayzeri İqor Biletski (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.